AZ

Türkiyə Yaxın Şərqdə müharibənin qarşısını almağa çalışır: Ərəb ölkələrini İran münaqişəsinə qarışmamağa çağırır

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyəli diplomatlar İranın hücumlarına məruz qalmış ərəb ölkələrini birbaşa hərbi müdaxilə etməməyə inandırmaq üçün fəal işləyir.

Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbələrə istinadla məlumat yayıb.

Agentliyin qeyd etdiyi kimi, Ankara ərəb dövlətlərinin döyüş əməliyyatlarına cəlb olunmasının bütün bölgədə tammiqyaslı müharibəyə səbəb ola biləcəyindən narahatdır. Türkiyədə ərəb ölkələrinin rəhbərləri arasında gərgin əhval-ruhiyyə müşahidə olunur; onlar İranın hücumları qarşısında “təhlükəsizlik səbrini itirirlər”.

Vəziyyəti yumşaltmaq məqsədilə Türkiyənin xarici işlər naziri Hakan Fidan artıq Səudiyyə Ərəbistanı, BƏƏ və Qətəri ziyarət edib, həmçinin digər Yaxın Şərq ölkələrinin rəhbərləri ilə telefon danışığı aparıb.

28 fevral tarixində ABŞ və İsrail İran əleyhinə hərbi əməliyyatlara başlayıb. Hücumlara İranın ən böyük şəhərləri, o cümlədən Tehran məruz qalıb. Ağ Ev əməliyyatı İranın raket və nüvə təhlükəsi yaratdığı iddiası ilə əsaslandırıb. İran İnqilab Keşikçiləri Korpusu genişmiqyaslı əks-hücum həyata keçirərək İsraildə obyektləri vurub. Hücumlar həmçinin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ obyektlərinə də dəydib. İranın vurulması nəticəsində ali rəhbər Ayətulla Əli Xameneyi və digər yüksək səviyyəli rəhbər şəxslər həlak olub.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
15
icma.az

10Mənbələr