AZ

Rusiya nefti ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI: İcazə verildi…

ABŞ dənizdə daşınan Rusiya neftinə qarşı sanksiyaları müvəqqəti dayandırıb.

NOCOMMENT.az xəbər verir ki, Cənubi Koreya hakimiyyəti bu məlumatı təsdiqləyib.

“Yonhap News” agentliyi ABŞ ilə aparılan məsləhətləşmələrdən sonra Sənaye, Ticarət və Energetika Nazirliyinin Sənaye və Resurs Təhlükəsizliyi İdarəsinin rəhbəri Yanq Ki-vuka istinadən məlumat yayıb.

Bildirilib ki, Vaşinqton bu əməliyyatlara görə ikinci dərəcəli sanksiyaların tətbiq olunmayacağını təsdiqləyib və Seul hökuməti bu məlumatı özəl sektorla bölüşür. Yanq Ki-vuk qeyd edib ki, Rusiya nefti və neft məhsullarının alınmasına ABŞ dolları, Çin yuanı, Rusiya rublu və BƏƏ dirhəmləri ilə icazə verilir.

Bununla belə, Cənubi Koreya tərəfi Rusiya neftinin idxalı ilə bağlı hələ də bir sıra qeyri-müəyyənliklərin qaldığını bildirib. Bu məsələlər əsasən neftin keyfiyyəti və tədarük məhdudiyyətləri ilə bağlıdır.

Qeyd edək ki, ABŞ-İsrail və İran arasında gərginlik fonunda dünya bazarında neftin qiymətində ciddi artım müşahidə olunub. Martın 9-da Brent markalı neftin qiyməti 2022-ci ilin iyun ayından bəri ilk dəfə 119 dolları keçib. Martın 10-da isə qiymət 83,8 dollara düşərək müharibənin ilk günlərindəki səviyyəyə yaxınlaşıb.

Martın 12-də ABŞ Maliyyə Nazirliyi 12 martdan əvvəl gəmilərə yüklənmiş Rusiya xam nefti və neft məhsullarının tədarükü və satışına icazə verən lisenziya verdiyini açıqlayıb.

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev isə bildirib ki, ABŞ də daxil olmaqla bir çox ölkə Rusiya neft və qazının qlobal iqtisadiyyat üçün əhəmiyyətini daha yaxşı anlamağa başlayır və bir sıra dövlətlər Rusiyaya qarşı sanksiyaların effektivliyinə yenidən baxır.

Seçilən
30
nocomment.az

1Mənbələr