AZ

İspaniya Baş naziri İsrail və Netanyahu haqda sərt danışdı

BAKI, 25 mart. TELEQRAF

“İsrail Baş naziri Benyamin Netanyahu Qəzza zolağında olduğu kimi, Livana da eyni səviyyədə dağıntı və zərər vermək niyyətindədir”.

Teleqraf xəbər verir ki, bunu İspaniya Baş naziri Pedro Sançes deyib.

Parlamentdə çıxış edən Sançes qeyd edib ki, ABŞ və İsrailin İrana qarşı apardığı müharibə tam fəlakətdir və eyni qüvvələrin maraqlarına xidmət etmək üçün başladılıb.

“Bütün bunlar nə üçündür? Beynəlxalq hüququ sarsıtmaq, Yaxın Şərqdə qeyri-sabitlik yaratmaq, İraq və Livanda münaqişələri yenidən alovlandırmaq və Qəzzanı unudulma və laqeydliyin dağıntıları altında basdırmaq üçün”, - İspaniya Baş naziri vurğulayıb.

Seçilən
18
teleqraf.com

1Mənbələr