İran İraqın Ərbil hava limanında ABŞ qüvvələrinin və kürd silahlı dəstələrinin mövqelərinə raket zərbəsi endirib.
7News.Az xəbər verir ki, bu barədə İran KİV-i ölkənin silahlı qüvvələrinin bəyanatına istinadən məlumat yayıb.
"Bir neçə saat əvvəl İran ordusu davam edən əməliyyat tədbirləri çərçivəsində Ərbil hava limanında ABŞ qoşunlarının və separatçı qruplaşmaların toplanma yerinə "yer-yer" tipli raketlərlə zərbə endirib", - bildirilib.
Bəyanatda qeyd olunub ki, hədəf zonası ABŞ əməliyyatlarının əsas təminat və idarəetmə mərkəzlərindən biri olub və İran tərəfinin iddiasına görə, orada hərbi texnika yerləşirdi.