AZ

Mədəni Diplomatiya

Mədəni

Ulusum.az İlhamə VəliqızıMədəni Diplomatiya üçün İncəsənət- Azərbaycan: Şəqrlə Qərbin qovşağında yerləşən məkanUlusum.az xəbər verir ki, "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi” Azərbaycanın BMT Yanında Daimi Nümayəndəliyinin təşkilatı dəstəyilə Novruz Bayramı münasibətilə 23-27 mart 2026-cı il tarixlərində Nyu York şəhərində yerləşən BMT-nin Mənzil Qərargahında "Mədəni Diplomatiya üçün İncəsənət- Azərbaycan: Şəqrlə Qərbin qovşağında yerləşən məkan" adlı qrup sərgisini keçirir.Sərgidə 18 rəssam iştirak edir və onların 34 rəsm əsərləri nümayiş olunacaqdır.Sərginin açılışı 23 mart saat 18.15-də BMT-nin Məznil Qərargahında baş tutmuşdur. Sərginin açılışını "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi” - nin rəhbəri İslam Baxşəliyev bu sözlərlə açmışdır. Hörmətli cənab səfir! Hörmətli xanımlar və cənablar! Deyirlər İncəsənət mədəniyyətləri birləşdirir, dialoqu gücləndirir və dünyaya ümumi insanlığımızı xatırladır.Daha sonra o mərkəzin fəaliyyəti barədə geniş məlumat verərək bildirmişdir ki, mərkəz 1999-cu ildən fəaliyyət göstərən qeyri- hökumət və qeyri-kommersiya təşkilatıdır. 2006-cl ildən Avropa Şurasının Gənclər Direktoriyasının üzvüdür. Əsas donorları Amerika Dövlət Departmenti, Avropa Şurası, Norveç Səfirliyi, Finlandiyanın ABİLİS Fondu, ANAMA, Qlobal Fond və başqa Donor təşkilatlardır. 2010-cu ildən isə həm də Azərbaycan mədəniyyətini xarici ölkələrdə təbliğ etmək məqsədilə "Art of Cultural Diplomacy-Art for Peace" adlı qrup sərgilər keçirir. Dünyanın 5 qitəsində :Şimali Amerika, Cənubi Amerika, Avropa, Asiya və Afrikada 28 sərgi keçirmiş, bu sərgilərdə toplam olaraq 487 gənc rəssam iştirak etmiş və onların 2081 rəsm əsərləri nümayiş olunmuşdur. Bu sərgi Amerika Birləşmiş Ştatlarında keçirdiyimiz sayca ikinci sərgidir. Birinci sərgimiz hər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuşdur və Mayamidə keçirilmişdir. Bu günkü sərgi isə Azərbaycanın qədim tarixi bayramı olan Novruz Bayramı münasibətilə keçirilir. Bu sərginin keçirilməsinə göstərdiyi dəstəyinə görə BMT-dəki Daimi Nümayəndəliyimizə təşəkkür edirik. Mədəni

Diqqət Çəkənlər

Prezident İlham Əliyev Yunanıstan Prezidentini təbrik etdi.

Yaxın Şərqdə vəziyyət

Almaniya hərbi münaqişəyə hazırlaşır ?

Seçilən
48
ulusum.az

1Mənbələr