Dünyaca məşhur müğənni Şakiranın "Las Mujeres Ya No Lloran World Tour" çərçivəsində keçirilməsi planlaşdırılan Qətər konserti təxirə düşüb.
"Cebheinfo.az" Axşam.az-a istinadən xəbər verir ki, Dohada planlaşdırılan tədbir regional təhlükəsizlik problemləri səbəbindən başqa tarixə keçirilib. Dəqiq tarix hələ açıqlanmayıb.
Xəbərdə bildirilib ki, aprelin 1-nə planlaşdırılan konsertə bilet alanlar istəsələr pullarını geri ala bilərlər. Biletlər növbəti konsertdə də keçərli olacaq.
"Cebheinfo.az"