Göygöl rayonunun Üçtəpə kəndində 13 yaşlı yeniyetmənin əlində pirotexniki vasitə partlayıb.
İnterpress.az-ın məlumatına görə, hadisə martın 22-də qeydə alınıb.
Gəncə şəhər sakini Sübhan Xaliq oğlu Bayramovun əlində pirotexniki vasitənin partlaması nəticəsində əlləri əzilmiş-deşilmiş və bir barmağı amputasiya olunub.
Araşdırma aparılır.