Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Məhkəmədən “Qalatasaray”ın həbs olunan futbolçusu haqda - Yeni qərar
Futbolda mərclərlə bağlı istintaq çərçivəsində həbs olunan “Qalatasaray”ın futbolçusu Metehan Baltacının bu gün məhkəməsi keçirilib.
QOL.az “NTV Spor”a istinadən xəbər verir ki, Metehan Baltacıya dəstək üçün “Qalatasaray”ın baş məşqçisi Okan Buruk, klub rəhbərliyi, futbolçular Kazım Karataş, Doğan Alemdar, Bertuğ Yıldırım məhkəməyə gəlib.
Məhkəmə heyəti futbolçunun azadlığa buraxılmasına qərar verib.
Qeyd edək ki, prokuror Metehan Baltacıy 4 ildən 13 ilə qədər həbs cəzası istəmişdi.
Xatırladaq ki, Metehan Baltacı 2025-ci ilin dekabrın 5-də həbs edilmişdi.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.