Bakı. Trend:
2025-ci ildə Azərbaycandan Kanadaya fiziki şəxslərin pulköçürmələrinin həcmi 9,390 milyon ABŞ dolları təşkil edib.
Trend-inAzərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu, 2024-cüildəki göstərici ilə müqayisədə 647 min ABŞ dolları və ya 6,4%azdır.
Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pulköçürmələrində Kanadanın payı 1,9% təşkil edib.
Həmçinin 2025-ci ildə Kanadadan Azərbaycana fiziki şəxslərin pulköçürmələrinin həcmi 5,382 milyon ABŞ dolları olub ki, bu da2024-cü ildəki göstərici ilə müqayisədə 790 min ABŞ dolları və ya17,2% artım deməkdir.
Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrindəKanadanın payı 0,5% təşkil edib.
2024-cü ildə Azərbaycandan Kanadaya fiziki şəxslərin pulköçürmələrinin həcmi 10,037 milyon ABŞ dolları, əks istiqamətdə isə4,592 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fizikişəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 505,139milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ildəki göstərici iləmüqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.
Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycanafiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dollarıtəşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 94,1milyon ABŞ dolları və ya 8,7% çoxdur.