AZ

İsrail Tehranda qanadlı raket istehsalı obyektlərini dağıdıb

İsrail Müdafiə Ordusunun Hərbi Hava Qüvvələri Tehranda iki obyektə zərbə endirib.

"Far.Az" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, bu obyektlərdə dəniz qüvvələrinin arsenalına verilən qanadlı raketlər istehsal olunurdu.

"Hərbi Hava Qüvvələrinin qırıcıları İran tərəfindən dənizdə və quruda hədəfləri məhv etməyə qadir olan uzaqmənzilli qanadlı raketlərin hazırlanması və istehsalı üçün istifadə edilən obyektlərə zərbələr endirib", - məlumatda bildirilib.

Seçilən
19
1
far.az

2Mənbələr