AZ

Tramp Putinin "dostu"nu dəstəklədi  

Amerika prezidenti Donald Tramp Macarıstanın Baş naziri Viktor Orbanı 12 aprel tarixində keçiriləcək parlament seçkilərində birbaşa dəstəkləyəcəyini bildirib. Hətta Ağ Ev sahibi bununla bağlı müraciət də edib.

Bu barədə Musavat.com xəbər verir.

Tramp müraciətində Orbanı “güclü və qüdrətli lider” adlandırıb və vurğulayıb ki, o, “ölkəsi uğrunda mübarizə aparır, iqtisadiyyatı qoruyur, iş yerləri yaradır və qeyri-qanuni miqrasiyanın qarşısını alır”.
Tramp həmçinin bildirib ki, Orbanın yenidən seçilməsi üçün onu dəstəkləməkdən qürur duyur. Tramp seçicilərə müraciət etməyi də unutmayıb: “Macarıstan, çıxın və Viktor Orban üçün səs verin”.
O əlavə edib ki, sonadək onun yanındadır və Orbanı “əsl dost, döyüşçü və qalib” adlandırıb.

Qeyd edək ki, Orban dünyada Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə seçilən liderlərdən sayılır. Ara-sıra onun Ukrayna savaşında Kreml sahibinə dəstək yönəlik açıqlamalarına da rast gəlinir.


Cavanşir ABBASLI
Musavat.com

Seçilən
39
musavat.com

1Mənbələr