AZ

Toyda bəyin jesti DİQQƏT ÇƏKDİ - VİDEO

Toy mərasimində yaşanan gözlənilməz hadisə sosial şəbəkələrdə gündəm olub.

Milli.Az xəbər verir ki, toy zamanı tortu zala gətirən ofisiantlar ehtiyatsızlıq edərək onu yerə salıblar. Hadisə anında qonaqlar şoka düşüb, zalda qısa müddətli çaşqınlıq yaranıb.

Lakin məhz bu anda bəyin reaksiyası hər kəsin diqqətini çəkib. O, yerə düşən tortdan qaşıqla götürərək yeyib və bununla qonaqları sakit olmağa çağırıb. Bəyin bu jesti zalda alqışlarla qarşılanıb.

Onun bu davranışı həm gəlinin könlünü almağa, həm də yaranmış gərginliyi aradan qaldırmağa kömək edib. Nəticədə toy mərasimi qaldığı yerdən davam edib.

Görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb, istifadəçilər arasında geniş müzakirələrə səbəb olub. Bir çoxları bəyin bu addımını pozitiv və vəziyyəti xilas edən jest kimi dəyərləndirib.

Musa
Milli.Az

Seçilən
27
2
milli.az

3Mənbələr