AZ

Tramp: İranla razılaşdıq, heç vaxt nüvə silahına sahib olmayacaq.

ABŞ Prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyatlar və paralel davam edən danışıqlar prosesi barədə diqqətçəkən açıqlamalar verib.

Tramp bildirib ki, İranda həyata keçirilən əməliyyatlar nəticəsində böyük uğur əldə olunub və ölkənin hərbi-siyasi potensialı ciddi şəkildə zəiflədilib. O, İranın mövcud rəhbərlik strukturunun böyük ölçüdə aradan qaldırıldığını iddia edərək, sahədə üstünlüyün təmin olunduğunu vurğulayıb.

Bununla yanaşı, Tramp İranla danışıqların davam etdiyini və danışıqlarda irəliləyiş əldə olunduğunu qeyd edib. Onun sözlərinə görə, Tehran razılaşma əldə etmək istəyir və ABŞ tərəfi “doğru şəxslərlə” danışıqlar aparır. Tramp həmçinin bildirib ki, İran rəhbərliyi daha rasional mövqe sərgiləməyə başlayıb.

ABŞ prezidenti İranın heç vaxt nüvə silahına sahib olmayacağını vurğulayaraq, tərəflər arasında bu məsələ ilə bağlı razılıq əldə edildiyini iddia edib.

“Rejim dəyişikliyi” mesajı

Tramp əlavə edib ki, İranda yeni liderlik qrupunun formalaşdığı müşahidə olunur və bu prosesin necə inkişaf edəcəyi izlənilir. O, açıqlamalarında “rejim dəyişikliyi” ifadəsini də işlədərək, mövcud hadisələrin İranın siyasi strukturunda transformasiyaya səbəb olduğunu bildirib.

Hörmüz Boğazı və regional mövqe

Hörmüz boğazı ilə bağlı danışan Tramp qeyd edib ki, İran ABŞ-a “çox dəyərli iqtisadi hədiyyə” verib və bunun birbaşa bu strateji bölgə ilə əlaqəsi var.

Regiondakı müttəfiqlərin roluna da toxunan Tramp, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərin İran məsələsində “mükəmməl iş” gördüyünü bildirib.

Seçilən
38
8
marja.az

7Mənbələr