AZ

ABŞ İranla danışıqlar müddətində ona qarşı əməliyyatların miqyasını azaltmayacaq

BAKI, 25 mart. TELEQRAF

“ABŞ İranla təmaslar müddətində hərbi əməliyyatların miqyasını azaltmağı planlaşdırmır”.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt “The New York Times”a bildirib.

“Prezident Donald Tramp və onun danışıqlar aparan nümayəndələri İranla diplomatiya üçün yeni imkanları araşdırdıqları müddətdə, “Epik Qəzəb” əməliyyatı Ali Baş Komandan və Pentaqon tərəfindən müəyyən edilmiş hərbi məqsədlərə çatmaq üçün intensivliyi azaldılmadan davam edir”, - o qeyd edib.

Nəşr iki adı açıqlanmayan rəsmi mənbəyə istinadla yazıb ki, ABŞ Pakistan vasitəsilə İrana müharibəni bitirmək üçün 15 bəndlik plan təqdim edib. Tehranın bu təklifləri danışıqların əsası kimi qəbul etməyə hazır olub-olmadığı və İsrailin ABŞ-nin ideyaları ilə tam razılaşıb-razılaşmadığı hələ aydın deyil.

Seçilən
28
teleqraf.com

1Mənbələr