Samuxda evdən 60 yaşlı kişinin meyiti tapılıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Sərkar kəndində baş verib. Kənd sakinin 1966-cı il təvəllüdlü R.Babayevin meyiti yaşadığı evdən aşkarlanıb. Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Potoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Samux rayon prokurorluğunda araşdırma aparılır.
Tural Əhmədov