AZ

Zelenski və Makron ilə Epşteynin fotosu Aİ məhsulu çıxdı

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Amerikalı maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı məxfi sənədlərin növbəti hissəsi dünya mediasının diqqət mərkəzinə düşüb. ABŞ Ədliyyə Nazirliyinin açıqladığı milyonlarla səhifəlik materiallar arasında Ukrayna prezidenti Volodimir Zelenski, Fransa lideri Emmanuel Makron və Britaniyanın baş naziri Kir Starmerin bir yerdə olduğu fotoşəkil tapılıb.Demokrat.az xəbər verir ki, Rusiya mətbuatının yaydığı məlumata görə, həmin kadr Epşteynə göndərilən elektron məktubların birinə əlavə edilib. Fotoda hər üç siyasətçinin yataqda qeyri-etik vəziyyətdə təsvir olunduğu bildirilir. Lakin ekspertlər bu görüntünün həqiqiliyinə şübhə ilə yanaşırlar. İlkin rəylərə görə, qalmaqallı kadr böyük ehtimalla süni intellekt vasitəsilə hazırlanıb.Xatırladaq ki, azyaşlıların cinsi istismarı və insan alverində ittiham olunan Epşteynin arxivində dünyanın bir çox tanınmış şəxsləri, siyasətçiləri və iş adamları ilə yazışmalar yer alır. Sənədlərdə adı keçən şəxslərin əksəriyyəti bu cinayətlərlə hər hansı əlaqəni inkar etsə də, bəzilərinin maliyyəçi ilə dostluq münasibətlərini ittihamlardan sonra da davam etdirdiyi məlum olub.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
74
demokrat.az

1Mənbələr