AZ

Hörmüz boğazındakı vəziyyətin kənd təsərrüfatına təsiri

Yazını böyüt
Yazını kiçilt

Dünyanın əsas nəqliyyat arteriyalarından olan Hörmüz boğazından ildə 16 milyon ton gübrə danışır. Başqa sözlə, gəmi nəqliyyatı ilə daşınan gübrələrin təxminən üçdə biri bu ərazidən keçir.

Hafta.az xarici mediaya istinadla xəbər verir ki, boğazda naviqasiyanın pisləşməsi kənd təsərrüfatı sektoruna da təsirsiz ötüşmür. Körfəz ölkələrində istehsal olunan ammonyak, karbamid, azot, fosfor və kükürd gübrə istehsalı üçün vacib komponentlərdir.

Statistikaya görə dünyada satılan kürüdün yarısı, karbamid və ammonyakın isə üçdə biri bu regionda istehsal edilir. İstehsalın burada cəmləşməsinə səbəb xammal kimi istifadə edilən neft və təbii qazın ucuz və bol olmasıdır.

Boğazda vəziyyətin pisləşməsi bazarda gübrələrin qiymətinin artması ilə nəticələnib. Nəqliyyatda Hörmüz boğazından asılı olan ölkələrdə artıq qıtlıq hiss olunur. Sudana idxal edilən gübrələrin 54 faizi, Şri-Lankaya 36 faizi, Sudan və Somaliyə isə təqribən 30 faizi məhz bu dəniz yolu ilə danışır.

Seçilən
8
4
hafta.az

5Mənbələr