AZ

Elariz Məmmədoğludan qalmaqallı təklif: “Novruzun adı dəyişdirilməlidir!”

Uzun illərdir Amerikada yaşayan müğənni Elariz Məmmədoğlu yeni açıqlaması ilə diqqət mərkəzinə düşüb.

KONKRET.az xəbər verir ki, sənətçi Novruz bayramı ilə bağlı mübahisəli təklif səsləndirib. O, bayramın adının dəyişdirilməsinin vacib olduğunu bildirib:

“Biz niyə bayramımızın adını farslaşdırmalı və yaxud başqa dillərin təsiri altında saxlamalıyıq? Novruz bayramının adı əslində Bahar bayramıdır. “Novruz” sözü fars mənşəlidir – “nov” yeni, “ruz” isə gün deməkdir. Martın 20-21-də bahar gəlir və bu bayram da məhz baharın gəlişini simvolizə edir. Elə buna görə də onun adı Bahar bayramı olmalıdır.

Farslar buna görə bizə və ümumilikdə bütün türk dünyasına gülürlər ki, guya onların bayramını qeyd edirik. Mən təklif edirəm ki, ilk olaraq Azərbaycan bu bayramın adını dəyişdirsin və bütün türk dünyasına nümunə olsun. Bundan sonra digər türk dövlətləri də baharın gəlişini Bahar bayramı kimi qeyd etsinlər.

Əgər bunu İncəsənət Universitetini bitirmiş bir şəxs kimi mən anlayıramsa, bəs icra başçıları və onların müavinləri bunu niyə anlamırlar? Özünüz bilərsiniz. Amma vaxt gələcək ki, mənim haqqımda “rəhmətlik düz deyirdi, bu bayramın adı Bahar bayramı olmalı idi” deyəcəksiniz”.

Sosial şəbəkələrdə Elariz Məmmədoğlunun bu təklifi birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər onun fikirlərini dəstəkləsə də, əksəriyyət bu yanaşmanı tənqid edib, tarixi və mədəni ənənələrin dəyişdirilməsinin doğru olmadığını vurğulayıb./apa

Seçilən
13
5
konkret.az

6Mənbələr