AZ

Ekspert: Çin ABŞ ilə real rəqabət səviyyəsinə çatıb

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Çinin inkişaf səviyyəsi ABŞ üçün real rəqibə çevrilib.

Bizimyol.info xəbər verir ki, bunu mətbuata Rusiya Elmlər Akademiyasının Çin və Müasir Asiya İnstitutunun direktoru Kirill Babayev bildirib.

"Pekin və Vaşinqton arasındakı ziddiyyətlər strateji xarakter daşıyır. Onların mahiyyəti olduqca sadədir: ABŞ iqtisadi, texnoloji və hərbi sahələrdə real rəqib qazanıb", - deyə o, Çinin cənubundakı Haynan əyalətində keçirilən Boao Asiya Forumunda (BAF) mətbuata verdiyi müsahibədə bildirib.

Ekspert vurğulayıb ki, müəyyən dövrədək Vaşinqton praktiki əməkdaşlığa açıq olub. “Məsələn, istehsalın autsorsinqi, o cümlədən yüksək texnologiyalı mərhələlər – mikroçiplərin yığılması və qablaşdırılması kimi – birdən-birə yaranmayıb, bu, obyektiv iqtisadi qanunauyğunluqlar və beynəlxalq əmək bölgüsünün nəticəsidir”, – deyə o əlavə edib.

Babaev qeyd edib ki, ABŞ artıq Çin səviyyəsinə çatdığını dərk edib və Çin müəyyən sahələrdə ciddi rəqabət yarada bildiyindən, Vaşinqton ticarət və texnologiyada bir tərəfli məhdudiyyətlər tətbiq etməyə başlayıb, maliyyə sistemini və texnoloji potensialını siyasi dəyənək kimi istifadə edir.

Ekspert həmçinin Avropa İttifaqı ilə oxşar vəziyyət olduğunu xatırladıb: “Məsələn, Çin elektroavtomobillər istehsal edib Avropa bazarına çıxaranda Brüssel qoruyucu tədbirlərə əl atdı”, - deyə bildirib

O, həm Rusiya, həm də Çin tərəfindən dəfələrlə vurğulandığını bildirib ki, bir tərəfli maneələr “iki tərəfi də kəsən qılıncdır”. Ticarət rüsumları nəticədə istehlakçıların üzərinə düşür, amerikalılar və avropalılar istədikləri məhsula daha çox pul ödəməyə məcbur olurlar. “ABŞ və digər Qərb ölkələri rəqabətə qarşı sanksiyalar tətbiq etdikcə, qlobal çoxluq ölkələri Qərbin irəli sürdüyü “azad bazar” ideallarının reallığa uyğunluğunu daha çox düşünür,” – deyə Babaev bildirib.

Ekspert qeyd edib ki, nəticədə “Qərb mərkəzli” qlobal düzənin ədalətliliyi barədə sual ortaya çıxır. Bu baxımdan BAF qlobal çoxluğun birləşməsi üçün vacib alət hesab olunur. Forumda yalnız Asiya yox, həmçinin Afrika, Latın Amerikası və bəzi Avropa ölkələri də iştirak edir.

Babaevin sözlərinə görə, BAF “bərabərlik prinsipləri və bir tərəfli məhdudiyyətlərdən imtina əsasında razılaşmaların əldə olunması üçün platformadır”. Bu, gələcək yeni qloballaşmanın əsaslarından biridir və bütün ölkələrin milli maraqlarına hörmət prinsipinə əsaslanır.

Qeyd edək ki, Boao Asiya Forumu 2001-ci ildə yaradılıb, 2002-ci ildən etibarən Çin adasının Hainan şərq sahilində keçirilir və 29 Asiya ölkəsi iştirak edir. Forum “Şərq Davosu” kimi tanınır və Çin tərəfindən yumşaq diplomatiyanın effektiv aləti kimi diqqətlə inkişaf etdirilir. 2026-cı ildə tədbir martın 24-27-də keçirilir və 60 ölkə və regiondan təxminən 2 min nəfər iştirak edir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
118
50
bizimyol.info

10Mənbələr