AZ

Tramp Macarıstanda seçkilər öncəsi Orbanı dəstəklədiyini bildirib

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Macarıstanda keçiriləcək parlamentseçkiləri ərəfəsində Baş nazir Viktor Orbana dəstəyini ifadəedib.

Trend xəbər verir ki, o, bubarədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Tramp Orbanı nəticə əldə edən güclü lider kimi xarakterizəedib.

“Viktor Macarıstanın qorunması, iqtisadi inkişafın təminedilməsi, yeni iş yerlərinin yaradılması, ticarətingenişləndirilməsi, qanunsuz miqrasiya ilə mübarizə və hüquqqaydasının möhkəmləndirilməsi istiqamətində böyük səylər göstərib.Mənim administrasiyam dövründə Macarıstan ilə ABŞ arasındamünasibətlər əməkdaşlığın yeni zirvələrinə yüksəlib və bunda Başnazir Orbanın rolu böyük olub”, – deyə o bildirib.

Tramp əlavə edib ki, 2022-ci ildə Orbanın yenidən seçilməsi üçünnamizədliyi irəli sürüləndə onu dəstəkləməkdən qürur duyub və bunuyenidən etmək onun üçün şərəfdir. O, macar seçiciləri Orbana səsverməyə çağırıb.

“Mən sona qədər onun yanındayam”, – deyə ABŞ Prezidentivurğulayıb.

Qeyd edək ki, Macarıstanda parlament seçkiləri aprelin 12-nətəyin olunub. Hakim “FİDES-Macarıstan Vətəndaş İttifaqı” PartiyasıAvropa İttifaqı rəhbərliyi tərəfindən dəstəkləndiyi bildirilənmüxalif “Tisa” Partiyası ilə gərgin mübarizə aparır.

Seçilən
49
az.trend.az

1Mənbələr