AZ

Abşeronda taksi sürücüsünə qarşı soyğunçuluq edən

Abşeron rayonu ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb.

 

Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, bir nəfər avtomobilində müştəri kimi əyləşmiş naməlum şəxsin ona zor tətbiq edərək 600 manat dəyərində mobil telefonunu ələ keçirdiyi barədə polisə müraciət edib.

 

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunan R.Dünyamalıyev müəyyən edilərək saxlanılıb.

 

Araşdırmalarla saxlanılan şəxsin rayon ərazisində daha bir nəfərin mobil telefonunu kəsici alətlə hədələyərək quldurluq yolu ələ keçirdiyi məlum olub.

 

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Seçilən
15
14
senzor.az

10Mənbələr