AZ

Əli Laricaninin yerinə o təyin olundu

Məhəmməd Baqir Zolqadr hava zərbələri nəticəsində öldürülən Əli Laricaninin yerinə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib.

 

Senzor.az bildirir ki, bu barədə “X” şəbəkəsində İran Prezidenti Administrasiyasının rabitə məsələləri üzrə müavini məlumat yayıb.

 

Qeyd edək ki, Məhəmməd Baqir Zolqadr İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) istefada olan yüksək rütbəli hərbi komandiri və İranın Məsləhət Şurasının katibi idi.

 

Onu da xatırladaq ki, ötən həftə İran mediası bu posta sabiq müdafiə naziri Hüseyn Dehqanının təyin olunduğunu iddia etmişdi, amma sonradan bu məlumat təkzib olundu.

Seçilən
15
5
senzor.az

10Mənbələr