AZ

"Son 25 gündə yaşananlar göstərir ki.." - Türkiyə Prezidenti

Yeni qlobal münasibətlər sistemində "qütb" rolunu hansı ölkələr oynayacaq? Məhz bu sualın cavabı hazırki böhranın mahiyyətini əks etdirir. Təəssüf ki, Türkiyənin yerləşdiyi region bir əsr əvvəl olduğu kimi, qarşıdurma mərkəzlərindən birinə çevrilib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 24-də Nazirlər Kabinetinin iclasından sonra keçirilən brifinqdə bildirib.

Türkiyə liderinin sözlərinə görə, rəsmi Ankara regional əməkdaşlıq amilinin xüsusi əhəmiyyət kəsb etdiyi müasir dövrün çağırışlarına yaxşı hazırlaşıb.

Prezident Ərdoğan bildirib ki, Türkiyə rəhbərliyi ölkəni gərginliyə və münaqişəyə sürükləməyə çalışanlara heç vaxt boyun əyməyəcək: “Yeni qlobal proseslərə hazırıq: enerji təhlükəsizliyimizi gücləndirmişik, nəqliyyat sektorunda əhəmiyyətli uğurlara imza atmışıq. Türkiyənin müasir infrastrukturu London ilə Çin arasında fasiləsiz dəmir yolu xəttinin formalaşmasında mühüm rol oynayır".

Onun sözlərinə görə, eyni zamanda aydındır ki, İran ətrafındaki hərbi eskalasiya uzandıqca fəsadları da artacaq: "Son 25 gündə yaşananlar göstərir ki, münaqişənin mənfi nəticlərini bütün bəşəriyyət hiss edəcək”.

Seçilən
38
unikal.az

1Mənbələr