ain.az bildirir, Oxu.az portalına istinadən.
Amerika Birləşmiş Ştatları və İran arasında müharibəni bitirmək variantları nə qədər uzanırsa, bir o qədər daralır. Vaşinqton və Təl-Əviv həftələrdir iddia edir ki, İranın hərbi gücü ciddi şəkildə zəiflədilib. ABŞ Prezidenti Donald Tramp və müharibə naziri Pit Heqset bildirirlər ki, ardıcıl zərbələr Tehran rejiminin komanda strukturunu iflic edib və cavab imkanlarını minimuma endirib.
Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
ABŞ-İran arasında güc balansı: Kim təslim olacaq? - VİDEO
Onların hesablamasına görə, münaqişə artıq sona yaxın olmalıdır. Amma reallıq fərqlidir. Əksinə, eskalasiya daha sürətli, daha sərt və daha təhlükəli fazaya keçir.
İranın Hind okeanında yerləşən Dieqo Qarsiya bazasına təxminən 3 800 kilometr məsafədən raket zərbəsi endirməsi bu müharibənin yeni mərhələyə keçdiyini göstərir. Bu, Tehranın əvvəllər açıqlanmayan və ya yeni inkişaf etdirilən hərbi qabiliyyətidir. Eyni zamanda İran İsrailin Dimona bölgəsini hədəfə aldı, bu isə nüvə infrastrukturu ilə bağlı simvolik və strateji mesajdır: artıq "toxunulmaz obyekt" anlayışı yoxdur. Bu addımlar göstərir ki, Tehran dağılmayıb, əksinə, koordinasiyalı şəkildə cavab verir. Lakin maraqlı sual yaranır. Əgər İran rəhbərliyinin böyük hissəsi zərərsizləşdirilibsə, onda qərarları kim verir?
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.