AZ

Müəllimlər “TəhsilPlus” kartlarını necə əldə edə bilərlər?

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

““TəhsilPlus” kartlarının sifarişi təhsil işçilərinin çalışdıqları təhsil müəssisələri vasitəsilə həyata keçirilir”. Redaktor.az xəbər verir ki, bunu “Azərbaycan müəllimi”nə Təhsilin İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Xanım Daşdəmirova deyib.Onun sözlərinə görə, bu proses əməkhaqqı kartlarının əldə edilməsi mexanizminə bənzər şəkildə təşkil olunub:

“Yəni kartlar təhsil müəssisəsi tərəfindən sifariş edilir. Sifarişlər tərəfdaş bank olan "Kapital Bank" vasitəsilə hazırlanır və kartlar hazır olduqdan sonra müvafiq qaydada təhsil işçilərinə təqdim edilir. Bu yanaşma prosesin daha sistemli və operativ şəkildə təşkilinə imkan yaradır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
2
redaktor.az

3Mənbələr