AZ

Rusiya Lvov vilayətinə hücum edib Xəsarət alanlar var

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Rusiyanın hücumları nəticəsində Ukraynanın Lvov vilayətində yeddi nəfər yaralanıb, UNESCO-nun şəhər mərkəzindəki Dünya İrsi abidəsinə ziyan dəyib.

"Report"un məlumatına görə, Lvov Vilayəti Hərbi Administrasiyasının rəhbəri Maksim Kozitski bu barədə özünün teleqram kanalında xəbər verib.

"Rusiya Silahlı Qüvvələri Ukraynanın Lvov vilayətinə hücumu davam etdirir. Yaralılardan azı ikisinin vəziyyəti ağırdır. Pilotsuz təyyarələrin hücum riski hələ yüksəkdir. İlkin məlumata görə, UNESCO-nun bir abidəsinə ziyan dəyib. Təhlükə yüksək olaraq qalır. Sığınacaqlarda qalın", - o yazıb.

Bu arada, Lvov meri Andrey Sadovıy yanğının baş verdiyi yaşayış binasına hücum barədə məlumat verib.

Ukrayna mediası ölkənin qərbi şəhərlərinə hücumların davam etdiyini, Ternopol, İvano-Frankovsk və Vinnitsada partlayış səslərinin eşidildiyini bildirir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
3
azpolitika.info

5Mənbələr