AZ

Tramp Şərifin ABŞ-İran danışıqlarını dəstəkləməyə hazırlığı barədə fikirlərini paylaşıb

ABŞ Prezidenti Donald Tramp Pakistanın Baş naziri Şahbaz Şərifin "X" sosial şəbəkəsində Birləşmiş Ştatlar, İsrail və İran arasında danışıqların İslamabadda keçirilməsini təklif edən statusunu paylaşıb.

"Report"un məlumatına görə, Tramp paylaşımı "Truth Social"dakı hesabında paylaşıb.

"Pakistan Yaxın Şərqdə müharibəyə son qoymaq üçün regionda və ondan kənarda sülh və sabitlik naminə davam edən dialoq səylərini alqışlayır və tam dəstəkləyir. Pakistan ABŞ və İranın razılığı şərtləri ilə münaqişənin hərtərəfli həlli üçün məzmunlu və yekun danışıqlara ev sahibliyi etməyə hazırdır və bundan şərəf duyur", - Pakistanın Baş nazirinin paylaşımında deyilir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb, bir neçə şəhərə hava zərbələri endirib. Buna cavab olaraq İran İsrailə raketlər atıb və həmçinin Fars körfəzindəki ABŞ hərbi bazalarına hücum edib. Bölgədəki bir neçə ölkə vəziyyətə görə hava məkanını müvəqqəti bağlayıb. Elə həmin gün İranın Ali lideri Əli Xamenei zərbələr nəticəsində ölüb.

Seçilən
11
5
far.az

6Mənbələr