AZ

Ərdoğan: Türkiyə hazırkı Yaxın Şərq münaqişəsindən kənarda qalmaqda qərarlıdır

ain.az bildirir, Olke.az portalına istinadən.

Türkiyə Yaxın Şərqdəki hazırkı münaqişədən kənarda qalmaqda qərarlıdır.

Ölkə.Az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan bildirib.

"Ölkəmizi bu od halqasından kənarda saxlamaqda qərarlıyıq. Müharibənin region ölkələri arasında dağıdıcı müharibəyə çevrilməsini qətiyyən istəmirik", - deyə Türkiyə lideri qeyd edib.

Ərdoğan vurğulayıb ki, Yaxın Şərqdəki müharibə fonunda Türkiyə öz maraqlarını rəhbər tutaraq suveren qərarlar qəbul etmək niyyətindədir. O əlavə edib ki, münaqişə tərəfləri digər ölkələri buna cəlb etmək cəhdlərində hiylələrə əl atırlar, lakin Ankara bu "tələlərdən" uğurla yayınır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
olke.az

3Mənbələr