AZ

Ukraynaya rekord sayda dron hücumu olub

Kiyev, 24 mart, AZƏRTAC

Martın 24-də Rusiya Ukraynaya minə yaxın dronla hücum edib. Bu, son ayların rekord sayda dron hücumu olub.

Bu barədə AZƏRTAC Ukrayna Hərbi Hava Qüvvələrinə istinadla məlumat yayıb.

Ukraynanın hava hücumundan müdafiə sistemi 541 dronu vurub.

Bildirilir ki, təkcə gündüz saatlarında 550-dən çox hücum dronu Ukrayna hava məkanına daxil olub. Müdafiə qüvvələrinin effektiv işinə baxmayaraq, bəzi dronlar hədəfə çatıb. Dağıntılar var.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

 

Seçilən
30
4
azertag.az

7Mənbələr