AZ

Real ın tibbi heyətindən kobud səhv

ain.az bildirir, Qol.az saytına əsaslanaraq.

"Real"ın tibbi heyətindən kobud səhv

"Real"ın tibbi heyəti hücumçu Kilian Mbappenin dizindəki zədə ilə bağlı ilkin diaqnoz zamanı kobud səhvə yol verib. Belə ki, "kral klubu"nun həkimləri fransalı ulduzun sol dizi əvəzinə, sağ dizini müayinə ediblər.

QOL.az xəbər verir ki, bu barədə COPE radiosunun jurnalisti Migel Anxel Dias məlumat yayıb. O, həmkarı Daniel Riolonun daha əvvəl yaydığı bu qalmaqallı məlumatı təsdiqləyib.

Xatırladaq ki, Riolo Mbappenin bu səhvi öyrəndikdən sonra tibbi heyətə qarşı böyük narazılıq və qəzəb nümayiş etdirdiyini bildirmişdi.

Qeyd edək ki, Kilian Mbappe cari mövsümdə "Real"ın heyətində bütün turnirlər daxil olmaqla 35 matça çıxıb, 38 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
1
qol.az

2Mənbələr