AZ

U-17 ilk oyunda heç-heçə etdi

Ölkəmizin U-17 yığması bu gün Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində ilk oyununu keçirib. Bolqarıstanın Plovdiv şəhərində bu ölkənin yığması ilə qarşılaşan U-17 heç-heçə edib – 1:1. Andrey Qrozdanov 31-ci dəqiqədə meydan sahiblərini irəli çıxarsa da, 8 dəqiqə sonra Əli Bəşirov penaltidən hesabı bərabərləşdirib.
B liqasının 2-ci qrupunun digər oyununda Malta Litvaya uduzub – 1:1. Yığmamız martın 27-də Litva, 30-da Malta ilə qarşılaşacaq.

Seçilən
31
football-plus.az

1Mənbələr