AZ

Lanq barmağından zədə aldığı epizod haqda danışdı Tualetə gedəndə çətinlik çəkirəm

Footbal-plus saytından verilən məlumata görə, ain.az xəbər verir.

''Liverpul'' ilə oyunda sağ əlinin baş barmağından çox ciddi xəsarət alan və elə İngiltərədə də əməliyyat olunan ''Qalatasaray''lı Noa Lanq Niderland yığmasının düşərgəsində yeni açıqlamalar verib. "Football-plus.az" xəbər verir ki, Niderlandı qarşıda Norveç və Ekvadora qarşı yoxlama oyunları gözləyir. Lanq Norveçlə görüşü dəqiq buraxacaq. Ekvadorla matçdan öncə isə məşqçilər korpusu onun durumuna baxaraq qərar verəcək. Bunu ''Qalatasaray''ın baş həkimi Yenər İncə açıqlayıb. Lanqın yığma fasiləsindən sonra ''Trabzonspor''la oyunda iştirakında heç bir problem olmayacaq. Futbolçu özü isə başına gələnlərdən danışıb və barmağının tamamilə yerindən qopduğu haqda deyilənləri təkzib edib:

''Hazırda özümü yaxşı hiss edirəm. Həmin epizodda sadəcə reklam lövhəsindən tutmaq istədim. Amma arxasında bir neçə dənə dəmir hasar var idi. Özü də çox iti idilər. Barmağım reklam lövhə ilə dəmir hasar arasında qalaraq çox dərin kəsildi. Ancaq barmağım yerindən qopmadı. Əməliyyat zamanı ora tikiş atıldı və barmağım tam olaraq yerindədi. Vaxt ötdükcə tamamilə sağalacaq. Hər şey qaydasındadı. Mətbuat hər şeyi şişirtməyi və xəbəri bütün dünyaya öz istədikləri kimi çatdırmağı sevir. Normal həyatımda çox şeyi sağ əlimlə etdiyim üçün mənə bir qədər çətindi. Məsələn, ''play station'' oynaya bilmirəm. Tualetə gedəndə də çətinlik çəkirəm. Amma müvəqqəti çətinlikdi. Keçib gedəcək. Yaxşı ki, futbolu yalnız ayaqla oynayırlar''.

Qeyd edək ki, ''Qalatasaray''ın qışda ''Napoli''dən 2 milyon avroya icarəyə götürdüyü 26 yaşlı vinger indiyə qədər İstanbul nəhəngində 11 rəsmi oyunda aktivinə 2 qol, 2 məhsuldar ötürmə yazıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr