AZ

Tramp İrana lider tapdı

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Tramp administrasiyası gizlicə İran parlamentinin spikerini potensial tərəfdaş və hətta ölkənin gələcək lideri kimi nəzərdən keçirir. 

ABŞ-ni və müttəfiqlərini dəfələrlə cavab tədbirləri ilə təhdid edən 64 yaşlı Məhəmməd Bağer Qalibaf Ağ Evdə ən azı bəziləri tərəfindən İrana rəhbərlik etmək və Tramp administrasiyası ilə müharibənin növbəti mərhələsi barədə danışıqlar aparmaq üçün perspektivli tərəfdaş kimi nəzərədən keçirilir”. 

“Cebheinfo.az”-ın məlumatına görə, “Politico” nəşri belə yazır. Lakin iki mənbə bildirib ki, Ağ Ev heç bir konkret namizəd seçməyə hazır deyil və razılaşma əldə etmək istəyən birini axtarmaq üçün bir neçə namizədi sınamağa ümid edir. 

“O, ən perspektivli namizədlərdən biridir”, - deyə administrasiya rəsmisi bildirib və yekun qərarın verilmədiyini deyib. 

“O, ən yüksək reytinqlilərdən biridir. Amma biz onları yoxlamalıyıq və tələsməməliyik”,-deyə məlumatda qeyd edilir. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Açar sözlər:

Tramp İran

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr