AZ

Kobaxidze Gürcüstan azərbaycanlılarına təşəkkür etdi

"Bu qardaşlıq dəstəyini heç vaxt unutmayacağıq".

News365.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkə müsəlmanlarına, o cümlədən azərbaycanlılara müraciətində deyib. 

Baş nazir müsəlman icmasını Ramazan və Novruz bayramları münasibətilə təbrik edib, xüsusilə də Katolikos-Patriarx II İlyanın xatirəsinə həsr olunmuş milli matəm dövründə onların bayramı qeyd etməmək barədə qərarını yüksək qiymətləndirib.

"Bu günlərdə səmimi başsağlığına və bayram tədbirlərinin ləğvinə görə xüsusi minnətdarlığımı bildirirəm. Əsrlər boyu əcdadlarımız Gürcüstanın tarixini yan-yana yaşayıb-yaradıb və biz birlikdə Gürcüstanın gələcəyini qururuq", - deyə Kobaxidze qeyd etdi.

Seçilən
10
1
news365.az

2Mənbələr