AZ

Alen Simonyan: Ölkə əhalisi sülh ilə mümkün müharibə arasında seçim etməli olacaq

Ermənistanda 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərində ölkə əhalisi sülh ilə mümkün müharibə arasında seçim etməli olacaq.

“İki sahil”yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə parlamentin sədri Alen Simonyan jurnalistlərə deyib. "Bəli, müharibə partiyası var və sülh partiyası var. 2026-cı il seçkiləri sülh və mümkün müharibə haqqında olacaq", - o deyib. Bununla yanaşı, A.Simonyan vurğulayıb ki, hazırda regionda "müharibə yoxdur, sülh var".  O əlavə edib ki, Ermənistanın indiki hökuməti, "Vətəndaş müqaviləsi" - sülh partiyasıdır, qalanları, əsas müxalifət qüvvələri isə müharibə partiyalarıdır: "Reallıq belədir. Əgər insanlar hər hansı bir tələb irəli sürməli olduqlarını deyirlərsə, bu, müharibə adlanır".

Seçilən
30
ikisahil.az

1Mənbələr