AZ

Azərbaycan millisi beynəlxalq toplanışa qatıldı

Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanın yeniyetmə qızlardan ibarət cüdo yığması Almaniyanın Bad-Blankenburq şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb.

Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti yayıb.

Hazırlıq prosesinə baş məşqçi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edir.

Təlim düşərgəsinə ümumilikdə 18 cüdoçu cəlb olunub. Komanda aprelin 4–5-də Gəncədə təşkil olunacaq yeniyetmələr arasında Avropa Kubokuna hazırlıq keçir.

Qeyd edək ki, martın 26-da başa çatacaq təlim-məşq toplanışında 14 ölkədən 400-ə yaxın idmançı yer alıb.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
7
fanat.az

10Mənbələr