AZ

Braziliyalı müdafiəçi millinin düşərgəsini tərk etdi

London "Arsenal"ının müdafiəçisi Qabriel Maqalyaes zədə səbəbindən Braziliya millisinin düşərgəsindən ayrılıb.

Fanat.Az xəbər verir ki, məlumatı Braziliya Futbol Konfederasiyasının mətbuat xidməti yayıb.

O, İngiltərə Liqa Kubokunun finalında "Mançester Siti"yə qarşı keçirdikləri matçın (0:2) ardından sağ dizində kəskin ağrılar hiss edib. Tibbi müayinə zamanı 28 yaşlı müdafiəçinin Fransa və Xorvatiyaya qarşı keçiriləcək yoldaşlıq görüşlərində iştirak edə bilməyəcəyi bəlli olub.

Qabrielin əvəzinə milliyə yeni futbolçu çağırılmayacağı bildirilib.

Toğrul

Seçilən
2
1
fanat.az

2Mənbələr