Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Qarabağ”ın müdafiəçisi Sami Mmaenin Cənubi Kiprə transfer olunacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir."Football-plus.az" xəbər verir ki, bu barədə futbolçunun adının hallandığı “Omoniya” bəyanat yayıb.Klub bildirib ki, son günlər müdafiəçi ilə maraqlandıqları barədə yayılan xəbərlər doğru deyil və hazırda onunla bağlı hər hansı danışıqlar aparılmır. Hətta qeyd olunub ki, komanda ümumilikdə heç bir futbolçunun transferi ilə məşğul deyil.Xatırladaq ki, Sami Mmae intizam qaydalarını pozduğuna görə “Qarabağ”ın əsas heyətindən kənarlaşdırılıb və hazırda əvəzedici komandada çıxış edir. O, mövsüm bitən kimi icarəyə götürüldüyü Zaqreb “Dinamo”suna qayıtmalıdı.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.