AZ

"Tottenhem"də baş məşqçi vəzifəsinə iki namizəd

style='margin-bottom:10px;'>

“Tottenhem” baş məşqçi vəzifəsi üçün əsas namizədləri müəyyənləşdirib.

QOL.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

London təmsilçisi hazırkı baş məşqçi İqor Tudoru mövsümün sonunda komandada saxlamağı planlaşdırmır. Xorvatiyalı mütəxəssis fevral ayında Tomas Frankın istefasından sonra mövsümün sonuna qədər müqavilə imzalamışdı.

Mənbənin məlumatına əsasən, klub rəhbərliyi baş məşqçi vəzifəsinə iki əsas namizədi nəzərdən keçirir. Bunlar “Marsel” və “Brayton”un sabiq baş məşqçisi Roberto De Zerbi, eləcə də daha əvvəl “Tottenhem”i çalışdırmış Maurisio Poçettinodur. Poçettino komandanı 2018/19 mövsümündə Çempionlar Liqasının finalına çıxarmışdı.

Qeyd edək ki, “Tottenhem” İngiltərə Premyer Liqasında uğursuz mövsüm keçirir. Komanda 31 turdan sonra 30 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. London klubu 18-ci yerdə olan “Vest Hem”i cəmi 1 xal qabaqlayır.

Seçilən
0
2
teleqraf.com

3Mənbələr