AZ

Sabahdan hava PİSLƏŞƏCƏK

ain.az, Bizim media portalına istinadən məlumat verir.

Azərbaycanda sabah bəzi yerlərdə intensiv yağıntı gözlənilir.Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 7-9° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.Gecə və səhər bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 7-10° isti, gündüz 13-18° isti, dağlarda gecə 2-5° isti, gündüz 5-10° isti olacaq.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
49
bizim.media

10Mənbələr