AZ

İranda İsraillə əlaqədə şübhəli bilinən 30-dan çox şəxs saxlanıldı

İranda İsrail və ABŞ ilə əlaqədə şübhəli bilinən 30-dan çox insan saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi İran hakimiyyət orqanlarına və media orqanlarına istinadən məlumat yayıb.

İranın Kəşfiyyat Nazirliyi İranın qərbindəki Həmədan əyalətindəki hərbi obyektlər haqqında məlumat verən 24 nəfərin həbs olunduğunu açıqlanıb. Bu obyektlərin bəziləri ABŞ və İsrailin hava hücumları nəticəsində hədəfə alınıb. Qərbi Luristan əyalətində "düşmən" üçün kəşfiyyat məlumatları toplayan dörd nəfər saxlanılıb.

İranın cənub-şərqindəki Kirman əyalətində silah daşıyan daha iki nəfər saxlanılıb.

Aminə ŞAHSUVARQIZI

Seçilən
50
redaktor.az

1Mənbələr