ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı şəhərinin Nərimanov rayonunda yeni salınmış park ərazisində tikinti işlərinin aparıldığı iddia olunub.
Bununla bağlı Oxu.Az-a müraciət daxil olub.
Qeyd olunub ki, metronun "Gənclik" stansiyası yaxınlığında yerləşən S.C.Pişəvəri adına parkın bir hissəsi tikinti məqsədilə zəbt edilib.
Bakının mərkəzində park ərazisində aparılan tikinti işləri NƏ İLƏ ƏLAQƏDARDIR? - VİDEO - FOTO
"Ərazidə "Ganjlik Garden" Tikinti Şirkəti tərəfindən tikinti işlərinə başlanılıb. Park ərazisində həm əvvəldən mövcud olan, həm də yeni əkilmiş çoxsaylı yaşıllıqlar var və aparılan işlər bu yaşıllıqlara zərər vurur", - deyə müraciətdə vurğulanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq parkın rəhbərliyindən bildirildi ki, sözügedən iddialar tamamilə əsassızdır.
"Ərazidə mövcud kommunikasiyaların daha böyük diametrli xətlərlə yenilənməsi işləri aparılır. İşlər lokal xarakter daşıyır və ən qısa zamanda yekunlaşacaq", - deyə məlumatda vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.