AZ

Beşiktaş Almaniya millisinin hücumçusunu transfer etmək istəyir

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

"Union Berlin"in hücumçusu İlyas Ansa karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Beşiktaş" almaniyalı forvardı transfer etmək istəyir.

Bu barədə "Sözcü" nəşri məlumat yayıb.

İstanbul nəhəngi Ansanı yayda heyətinə qatmağı planlaşdırır. "Qara qartallar" 21 yaşlı futbolçu üçün onun klubuna 12 milyon avroluq təklif göndərəcək.

Qeyd edək ki, "Union Berlin" İlyas Ansanı mövsümün əvvəlində "Paderborn"dən 4 milyon avroya transfer edib. Almaniya U-21 millisinin üzvü Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
sport24.az

2Mənbələr