ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İstehsalın idarə olunmasının özəl şirkətlərə həvalə edilməsi də mümkün ssenarilərdən biri kimi nəzərdən keçirilir
Yaponiya hökuməti ölkənin müdafiə qabiliyyətini və hərbi istehsalı artırmaq məqsədilə sursat və silah fabriklərinin milliləşdirilməsi imkanlarını araşdırır. AYNA.AZ xəbər verir ki, bu barədə “Kyodo” məlumat yayıb.
Bildirilib ki, sözügedən məsələnin 2026-cı ildə təhlükəsizlik strategiyasının yenidən nəzərdən keçirilməsi çərçivəsində qərara alınması gözlənilir.
Milliləşdirmə variantı zavodların dövlət büdcəsi hesabına birbaşa maliyyələşdirilməsinə imkan verə bilər. Bununla belə, istehsalın idarə olunmasının özəl şirkətlərə həvalə edilməsi də mümkün ssenarilərdən biri kimi nəzərdən keçirilir.
Vurğulanıb ki, Yaponiyada uzun müddət silah ixracına qoyulan məhdudiyyətlər hərbi istehsalın kiçik həcmdə qalmasına səbəb olub. Bu isə xərclərin artmasına və gəlirliliyin azalmasına gətirib çıxarıb, nəticədə bir sıra şirkətlər müdafiə sənayesindən çəkilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.