AZ

İsrail SEPAH-ın aparıcı raket mütəxəssisini məhv etdi – FOTO

İranın raket texnologiyaları və aerokosmik sahəsi üzrə ən mühüm simalarından biri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş tədqiqatçısı Məhəmməd Navid Karişi İsrail tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində öldürüb. Karişi İranın raket layihələrinin işlənib hazırlanmasında və aerokosmik texnologiyaların təkmilləşdirilməsində kilit rol oynayan strateji fiqurlardan biri hesab olunurdu.

NOCOMMENT.az xəbər verir ki, bu itki İranın hərbi-sənaye kompleksi, xüsusilə raket proqramı üçün ciddi geriləmə kimi qiymətləndirilir. Məhəmməd Navid Karişinin rəhbərlik etdiyi layihələr SEPAH-ın regiondakı hərbi güc balansına birbaşa təsir göstərən uzunmənzilli raket və kosmik infrastruktur işlərini əhatə edirdi. İsrailin bu hədəfə yönəlmiş addımı, Tehranın hərbi elitasına və elmi potensialına qarşı həyata keçirilən ardıcıl əməliyyatların davamı hesab olunur. Hazırda hadisənin detalları və İran tərəfinin bu itkiyə verəcəyi reaksiya beynəlxalq analitiklər tərəfindən yaxından izlənilir.

Sara,
NOCOMMENT.az

Seçilən
36
50
nocomment.az

10Mənbələr