AZ

Futbolçu ata olacağını stadion anonsu ilə öyrəndi - VİDEO

Türkiyənin həvəskarlar liqasında nadir rast gəlinən, olduqca səmimi və duyğulu anlar yaşanıb. “Sivasgücü Bələdiyyəspor” və “Şiran Yıldızspor” komandaları arasında keçirilən qarşılaşmanın sonunda (1:0) səsləndirilən anons həm futbolçuları, həm də azarkeşləri sevindirib.

İdman.Biz xəbər verir ki, “Sivasgücü” oyunçusunun həyat yoldaşı stadionun səsgücləndiriciləri vasitəsilə ona ata olacağı xəbərini çatdırıb.

“Hazırda ən həyəcanlı anımdayam. Bu gözəl qalibiyyətə bu gözəl xəbəri vermək istəyirəm. Səni çox sevirəm, ata olursan!”, - deyə çatdırılan xəbərə futbolçu komanda yoldaşları ilə birlikdə sevinib.

İdman.Biz
Seçilən
22
1
idman.biz

2Mənbələr