AZ

Qarabağ Peşə Hazırlığı Mərkəzində ötən dövrdə 1650 şəxs peşə hazırlığına cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Peşə Hazırlığı Mərkəzi tərəfindən ötən dövrdə ümumilikdə 1650 şəxs peşə hazırlığı kurslarına cəlb olunub.

QHT.az xəbər verir ki, onlardan 600-ə yaxını işğaldan azad olunmuş ərazilərin sakinləridir.

2023-cü ilin avqust ayında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan müəssisə Bərdə şəhərində yerləşir. Mərkəzdə 7 emalatxana, 8 sinif və instruksiya otağı, Peşəyönümü və Karyera Planlaması Mərkəzi, inzibati və texniki otaqlar fəaliyyət göstərir. Burada 48 peşə istiqaməti (dərzi, tikişçi, dizayner, aşpaz, ofisiant, bərbər, vizajist, çilingər, dülgər, tornaçı, xarrat, mebel ustası, rəngsaz, qaynaqçı, informasiya texnologiyaları və s.) üzrə tədrisin təşkili üçün imkanlar yaradılıb.

Hazırda Mərkəzdə 70-dək şəxsin peşə tədrisi davam edir. Kursu uğurla bitirən şəxslərin işlə təminatına da dəstək göstərilir.

Seçilən
11
5
qht.az

6Mənbələr