AZ

İsrail ordusu  Tehranın mərkəzində yerləşən SEPAH-ın mərkəzi komandanlığına zərbə endirdi 

İsrail Hərbi Hava Qüvvələri mülki binada yerləşən SEPAH-ın Mərkəzi Təhlükəsizlik Komandanlığına hava hücumu həyata keçirib.
İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, bu qərargah SEPAH tərəfindən bölmə fəaliyyətlərini əlaqələndirmək və vəziyyətin qiymətləndirilməsini aparmaq üçün istifadə olunurdu.

Zərbədən əvvəl mülki əhaliyə dəyən ziyanı minimuma endirmək üçün tədbirlərin görüldüyü, o cümlədən dəqiq idarə olunan sursatların, hava kəşfiyyatının və əlavə kəşfiyyat məlumatlarının istifadə edildiyi vurğulanır.

Seçilən
9
1
veteninfo.az

2Mənbələr