AZ

Məşhur aktrisa vəfat etdi: Xərçəngə məğlub oldu

Kanadalı məşhur aktrisa Kerri Enn Fleminq 51 yaşında vəfat edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə ilk məlumatı nüfuzlu Variety jurnalı yayıb.

Məlumata görə, aktrisa uzun müddət döş xərçəngi ilə mübarizə aparıb və xəstəlik səbəbindən dünyasını dəyişib. Onun fevralın 26-da həyatını itirdiyi bildirilir.

Aktrisanın vəfatını həmkarı, aktyor Jim Beaver təsdiqləyib.

Qeyd edək ki, Kerri Enn Fleminq televiziya tamaşaçılarına daha çox məşhur Supernatural və iZombie seriallarındakı rolları ilə tanışdır. O, uzun illər televiziya və kino sahəsində fəaliyyət göstərərək bir sıra layihələrdə iştirak edib.

Aktrisanın ölümü sənət ictimaiyyətində böyük üzüntü ilə qarşılanıb.


Telegram kanalımız
Seçilən
48
35
yenisabah.az

10Mənbələr