AZ

“Qarabağ” “İmişli”nin qapıçısını istəyir?

“İmişli”nin qapıçısı Andrey Sinenkonun meneceri Dmitri Xlebosolov futbolçusunun “Qarabağ”ın maraq dairəsində olduğunu idda edib.

Msport.az xəbər verir ki, o, bel.football-a açıqlamasında belə deyib:

“Hazırda statistikaya baxsaq, Andrey Azərbaycan çempionatının ən yaxşı qapıçılarından biridir. Mən Sinenko ilə bağlı danışıqlar aparmaq üçün “Qarabağ”ın heyətinin formalaşdırılmasında iştirak edən tanınmış menecerə icazə vermişəm. Cari mövsüm başa çatdıqdan sonra Andreyin karyera yüksəlişinin baş verməsi üçün bütün variantları nəzərdən keçirəcəyik”.

28 yaşlı qolkiperin çempionatın sonunda komandasını dəyişməsi istisna olunmur.

Seçilən
42
msport.az

1Mənbələr